Türkiyədə məhkəmə daha 243 hərbçinin həbsi haqda qərar çıxarıb, onlar axtarışa veriliblər. Hərbçilər yaydakı çevriliş cəhdiylə bağlılıqda şübhəli bilinirlər. Hakimiyyət orqanları onların çevriliş cəhdində günahlandırılan ilahiyyatçı Fethullah Gülen-ə məxsus şifrəli mesencerdən –«Bylock»dan istifadə etdiyinibildirir.
«Reuters» agentliyinin məlumatına görə, ölkəboyu 54 vilayətdə axtarış aparılır. «Reuters» xəbəri yerli «Anadolu» dövlət agentliyinə istinadən yayıb.