Bayram Məmmədova görüş verilməyib

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənclər bir günün içində necə "narkoman" oldu?

Həbsdə olan gənc fəal Bayram Məmmədova yanvarın 17-si saxlandığı Kürdəxanı təcridxanasında valideynləri ilə görüş verilməyib.

Bunu AzadlıqRadiosuna B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib.

Vəkil bunu qanunsuzluq adlandırıb: «Qanuna əsasən, həftədə bir dəfə valideynlər ilə görüş verilməlidir»,- deyə vəkil bildirib.

E.Sadıqov vurğulayıb ki, saxlandığı 7 ay ərzində B.Məmmədova valideynləri ilə cəmi bir dəfə görüş verilib.

Məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Hər iki gəncə 10 il həbs verilib. Gənclər məhkəmədəki çıxışlarında özlərini ittiham üzrə günahkar bilməyiblər. Bayram Məmmədov və Qiyas İbrahimov bildiriblər ki, onlar məhz Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə şərlənərək həbs ediliblər.