Dağlıq ərazilərdə qar gözlənilir

Yağış

Yanvarın 18-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın əksər bölgələrində isə yağıntı olmayacağı qeyd edilir. Ancaq şimal və şərq rayonlarında çiskinli yağış, dağlıq ərazilərdə isə qar gözlənilir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təxmin edilir.