Moldovanın yeni prezidenti Igor Dodon Moskvaya gedib. Bu gün –yanvarın 17-də onun Rusiya prezidenti Vladimir Putin-lə görüşü olmalıdır.
Yerli mətbuatın yazdığına görə, prezidentlər Moldovadan ayrılmış region—tanınmamış Dnestryanı respublika məsələsini müzakirə edəcəklər. Ticari, mədəni münasibətlər, humanitar əməkdaşlıq məsələləri də gündəmdədir.
Moskvaya arxalanan Dnestryanı region Moldovadan ayrıldığını 1990-cı ildə elan edib. Tərəflər arasında silahlı münaqişə 1992-ci ildə--Rusiyanın müdaxiləsindən sonra dayanıb.
Dnestryanının müstəqilliyini heç bir ölkə tanımır.
I.Dodon Moldovanın prezidenti vəzifəsinə 2016-cı ilin noyabrında seçilib. Rusiyayönümlü siyasətçi kimi tanınan I.Dodon dövlət başçısı olaraq ilk səfərini Moskvaya edəcəyini seçiləndə demişdi.