Tehran səmasında naməlum obyektə atəş açıldı- [Video]

Kvadkopter

Fars news agentliyi xəbər verir ki, Tehran səmasında naməlum obyekt görünəndən sonra şəhərdəki hava hücumundan müdafiə qurğularından ona onlarla atəş açılıb.

Tehran qubernatoru Issa Farhadi deyib ki, naməlum obyektin kimə məxsusluğu bilinmir, amma bu hərbi dron olmayıb. Kvadkopter olub.

Buna oxşar hadisə keçən ay da baş verib. Mərkəzi Tehranda hava hücumundan müdafiə qurğuları dron vurublar. O, Prezident və Ali dini liderin ofislərinə yaxınlaşıbmış. Amma sonradan məlum olub ki, dron ərazidə sənədli film çəkənlərə məxsus imiş.