İlham Əliyev Suma Chakrabarti ilə görüşüb

İlham Əliyev

Prezident İlham Əliyev yanvarın 16-sı Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti ilə görüşüb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

APA-nın xəbərinə görə, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Yanvarın 17-dən 20-nə kimi Davosda 47-ci Dünya İqtisadi Forumu (DİF)keçiriləcək.

Forum «Bacarıqlı və məsuliyyətli liderlik» şüarı altında baş tutmalıdır.

Davos 50-dən çox dövlət və hökumət başçısını, habelə aparıcı beynəlxalq korporasiyaların rəhbərlərini qəbul etməkdədir.

Qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatı sayılır. Ənənəvi Forum İsveçrənin dağ-kurort şəhəri olan Davosda keçirilir. Qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb.