Azərbaycan-Çexiya Biznes Forumu keçiriləcək

Praqa

Yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya Biznes Forumu keçiriləcək.

Bakı Biznes Mərkəzində gerçəkləşəcək tədbir Çexiya Respublikasının sənaye və ticarət naziri Jan Mladek-in rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, forumda kənd təsərrüfatı, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma sahələrində fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir.

2016-cı ilin 11 ayında Çexiyaya mal ixracı 56.5 faiz (214.2 milyon dollar) azalıb.

Azərbaycan bu ölkədən 97.8 milyon dollar məbləğində mal idxal edib. Bu, 2015-ci ilin yanvar-noyabrına aid göstəricilərindən 76.4 faiz çoxdur.