Azərbaycan və Ermənistan idmançılarına sanksiya qoyuldu

Dopinq

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan, Ermənistan, Türkiyə, Belarus və Çindən olan 8 atletə sanksiya qoyub. Onlar 2008 və 2012-ci il olimpiya oyunlarından diskvalifikasiya ediliblər. Səbəb idmançıların yanvarın 12-də aparılan yeni dopinq-testlərdən keçməməsidir.

Komitə azərbaycanlı atlet İntiqam Zairovun, Türkiyədən Sibel Şimşek-in, Ermənistandan Norayr Vardanyan-ın dopinqdən yararlanmasının təsdiqləndiyini, gələcək oyunlara buraxılmayacağını, qanında dopinq tapılan Belarus və Çin idmançılarınınsa medallardan məhrum edildiyini bildirir.

Dopinq ucbatından, bütövlükdə, Azərbaycanın 18 ağır atleti 4 və 8 illiyə yarışlardan diskvalifikasiya olunub. Dopinq qalmaqalından sonra Azərbaycan ötənilki Rio Olimpiadasında iki yerindən məhrum edilib.