Avropa parlamentinin vətəndaş azadlığı komitəsi əksəriyyət səslə Rusiya ilə viza rejiminin liberallaşdırılmasına səs verib.
Yanvarın 12-də keçirilən səsvermə bu ilin fevralında parlamentdə bu məsələ ilə bağlı keçiriləcək yekun səsverməyə yol açır.
Qeyd edək ki, Gürcüstanla Ukrayna artıq Şengen zonasının astanasındadırlar.
Bu Avropa Birliyinin “Şərtq tərəfdaşlığı və yaxın qonşuluq “ proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, bu proqrama Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxildir.
Əvvəllər Ermənistanda bu proqrama daxil idi, amma son anlarda Yerevan Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə daxil oldu.
Azərbaycansa bu əməkdaşlığn başqa formada olmasını təkid edir.
Avropa Birliyi ötən ilin sonlarında Azərbaycanla hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılmasına mandat verib.