«Azərbaycan Hava Yolları» QSC (AZAL) bu il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib.
Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Dövlət şirkətinin rəsmisi deyib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir.
AZAL Bakı-Gəncə-Bakı reysini ilk dəfə deyil ki, ləğv edir.
2015-ci ildə də analoji qərar verilmişdi. O zaman da qərar reyslərin kommersiya baxımından qazanclı olmaması ilə əsaslandırılmışdı.
2016-cı ildən reys yenidən bərpa olunmuşdu.
Gəncəyə təyyarə bileti 30 manatdan yuxarı idi. Uçuşlar hər gün həyata keçirilirdi.