Biləsuvarda ana doğuşdan sonra ölüb

Foto illüstrasiya

Biləsuvarda ana doğuşdan sonra vəfat edib.

APA-nın xəbərinə görə, rayonun Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Arzumanlı doğum şöbəsinə gətirilib. İlkin məlumata görə, oğlan uşağı dünya gətirən ana doğuşdan sonra yanvarın 11-də vəfat edib.

Körpənin durumunun yaxşı olduğu bildirilir.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.

Ötən həftə Gəncə şəhərindəki xəstəxanalarda da iki ana ölümü baş vermişdi.