Məzənnə dəyişmədi

Bakıda Exchange.

Yanvarın 10-u Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1,7742 məzənnəsi ilə başlayıb və elə həmin məzənnə ilə də yekunlaşıb.

Buna da bax:​ Ekspert: Mərkəzi Bank 'qara bazar'ı çiçəkləndirir

Beləliklə, dolların yanvarın 11-nə olan məzənnəsi yanvarın 6-da olduğu kimi 1,7741 manat müəyyən edilib.

Bu, valyuta hərracı bir qədər gec baş tutub. Adətən saat 12-də başlayan hərrac bu dəfə bir neçə saat gecikib. AMB bunu texniki səbəblərlə əlaqələndirib. Son bir neçə ayda dollar manat qarşısında dəyər qazanırdı.

Buna da bax: Yeni ilin ilk hərracında da dollar bahalaşdı

2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.