Yanvarın 11-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşama doğru yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin xəbərinə görə, yarımadada gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Ölkənin əksər rayonlarında isə yağıntının olmayacağı bildirilir. Lakin şərq rayonlarında yağıntı gözlənir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.