Zümrüd Yağmurun "Yağış qadın" romanı "Ankara kitab sərgisində" təqdim olunub

Türkiyədə "Aygan" nəşriyyatından çap olunan Zümrüd Yağmurun "Yağış qadın" romanı, "Ankara kitab sərgisi"ndə türk oxuculara təqdim olunub.

Yazıçı Zümrüd Yağmurun “Yağış qadın” kitabı Türkiyədə çap olunub. "Aygan" nəşriyyatı tərəfindən 1000 tirajla çap olunan kitab yanvarın 6-7-si günlərdində hər il keçirilən "Ankara kitab sərgisi"ndə təqdim olunub. Yazıçı özü oxucuları üçün kitablarını imzalayıb. Roman janrında yazılmış kitab Ermənistan-Azərbaycan arasındakı Qarbağ savaşından və xüsusilə Xocalı soyqırımından bəhs edir.

Zümrüd Yağmurun "Yağış qadın" romanı türkcə.

Zümrüd Yağmur türk yazarları və oxucuları ilə.