Filippin prezidenti Rodrigo Duterte Rusiya donanmasına istənilən vaxt Filippin sahillərinə yan almağı təklif edib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
“Biz rusiyalı dostlarımızı salamlayırıq. Oyunlar, ehtiyat götürmək və ya bizi qorumaq üçün müttəfiq kimi istənilən vaxt Filippin sahillərinə yan ala bilərsiniz”, Duterte rusiyalı admiral Eduard Mixaylovun əlini sıxaraq deyib.
RİA Novostinin məlumatına görə, Duterte yanvarın 6-da Manilada Rusiya dəniz donanmasının “Admiral Tributs” adlı böyük sualtı qayığına baş çəkib.
Filippinin xarici işlər naziri Perfekto Yasay ötən ilin dekabrında Rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra müdafiə və təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı genişləndirmək fikrində olduqlarını demişdi.