ABŞ Dövlət katibi John Gerry yanvarın 20-də Obama administrasiyası ilə birlikdə hakimiyyətdən getdikdən sonra siyasi karyerasını başa vuracaqş
RİA Novosti-nin məlumatına görə, o bunu Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.
73 yaşlı Kerry 2013-cü ildən Dövlət katibidir.
Təxminən 30 il Massaçuset ştatından senator olub.
2004-cü ildə Demokrat partiyasından prezidentliyə namizəd olub, amma seçkidə respublikaçı George Busha uduzub.