Bakıda 27 yaşlı gəncin yanvarın 5-i özünü asmaq istədiyi bildirilir.
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Natiq Müslümov yaşadığı evin həyətində özünü asmaq istəyib. Valideynləri dərhal onu kəndirdən açaraq xəstəxanaya yerləşdiriblər. Gəncin vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, N.Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyindən özünəqəsdə əl atıb.
Faktla bağlı araşdırma aparılır.
Ötən ilin 9 ayında Azərbaycanda 500 intihar olayının baş verdiyi bildirilir. Ekspertlər intiharların səbəblərinin öyrənilməsindən ötrü ayrıca mərkəzin yaradılmasını təklif edirlər.