İstanbuldakı gecə klubuna basqın edən uyğurmuş

Sizin brauzer HTML5-i dəstəkləmir

İstanbulda Reina gecə klubuna hücum

İstanbulda gecə klubundakı qırğını bir uyğurun törətdiyi güman olunur.

Bunu Türkiyənin baş nazirinin müavini Veysi Kaynak deyib. Onun sözlərinə görə, şübhəlinin gizləndiyi yer təxminən müəyyən edilib. Əlaqədə olduğu şəxsləri tapmağa çalışırlar.

«Anadolu» xəbər agentliyinin yaydığı məlumata görə, yanvarın 5-də gecə klubuna basqınla bağlı bir neçə uyğuru tutublar.

Uyğurlar Çinin qərbində yaşayır, türk dilində danışırlar, müsəlmandırlar. Onların Mərkəzi Asiya və Türkiyədə cəmiyyətləri var.

İstanbuldakı gecə klubuna basqın yanvarın 1-də olub. Silahlı şəxs kluba daxil olaraq, oradakıları güllələməyə başlayıb, 39 adamı, o cümədən bir azərbaycanlı qızı öldürüb. 70 yaralı var.

Hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) üzərinə götürüb.