Silahlı Qüvvələrə Yardım Fondundakı vəsait

Hərbi parad

Müdafiə Nazirliyinin mətbuat xidməti Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitlərin həcmi ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, 2017-ci il yanvarın 1-ə kimi Fonda 79 milyon 212 min 496 AZN, 212 min 373 ABŞ dolları, 5 min 935 avro və 5 min rubl vəsait daxil olub.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il avqustun 17-də 755 nömrəli fərmanı ilə təsdiq edilib.