Özbəkistanda akademiklər 2017-ci il yanvarın 1-dən hər ay əlavə 1,5 miloyon sum (dövlət məzənnəsi ilə təxminən 500 ABŞ dolları) alacaqlar.
Amma bu qara bazardakı məzənnə ilə 250 dollar edir.
Yerli KİV-lərin məlumatına görə, müvaviq fərmanı prezident Shavkat Mirziyoyev imzalayıb.
Prezident müvafiq nazirliklər və idarələrə 1 ay müddətinə Akademiyanın həqiqi üzvlərinin elmi-tədqiqat və istehsal proseslərinə fəal şəkildə cəlb edilməsi, elmin dərinləşdirilməsi, təhsil və istehsal, o cümlədən yüksək səviyyəli kadrlar hazırlanmasında onların rolunun artırılması ilə bağlı mexanizm hazırlanmasını tapşırıb.
Bu tədbirlər planına həmçinin akademiklərin Özbəkistan, Yalta və Kislovodsk sanatoriyalarında pulsuz müalicəsi və dincəlməsi də daxildir.