Yanvarın 5-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1-4, gündüz 8-13, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.
Rayonlarda da bir elə yağıntı gözlənilmir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təxmin edilir.