Türkiyədə fövqəladə vəziyyət yenə uzadıldı

Ankarada Prezident Sarayı.

Türkiyədə fövqəladə vəziyyət yanvarın 19-dan başlayaraq daha 3 aylığına uzadılır.

Bu barədə Türkiyə Böyük Millət Məclisi qərar verib.

Fövqəladə vəziyyət yayda Türkiyədə çevriliş cəhdindən sonra elan olunub və ikinci dəfədir uzadılır.

İnsan haqları fəalları hökumətin bu durumdan yararlandığını, parlamentsiz qərarlar qəbul edə bildiyini, mətbuata, vətəndaş cəmiyyətinə asanlıqla basqı göstərdiyini deyirlər.

Türkiyədə çevriliş cəhdindən bəri aparılan təmizləmə əməliyyatı nəticəsində 100 mindən çox adam ya həbs olunub, ya da işdən qovulub, onlarla mətbu orqan bağlanıb. Tutulanlar cəhdin arxasında dayanmaqda günahlandırılan ilahiyyatçı Fethullah Gülen-lə, ya da kürdlərin terror təşkilatlarıyla əlaqədə ittiham olunurlar.