Qazaxıstanda yaşayış binası çöküb

Uçan bina

Qazaxıstanda yaşayış binasının çökməsi nəticəsində azı 9 nəfər həlak olub.

Hadisə paytaxt Astanadan 200 km cənub-şərqdə, Şaxan şəhərində baş verib.

Daxili İşlər Nazirliyi hadisənin yanvarın 2-də baş verdiyini, ancaq səbəblərin hələ müəyyənləşdirilmədiyini bildirir.

Hadisə yerində xilasedicilər işləyir. Rəsmilər ölü sayının arta biləcəyini bildirir.

Hələlik, dağıntılar altından ikisi uşaq olmaqla, dörd nəfər çıxarılıb.