İstanbulda hücumu törədəni axtarırlar

Sizin brauzer HTML5-i dəstəkləmir

İstanbulda Reina gecə klubuna hücum

İstanbulda gecə klubuna hücuma görə məsuliyyət daşıyan silahlının axtarışı davam edir.

Yanvarın 1-də səhər tezdən törədilmiş hücumda 39 nəfər ölüb, onlarla adam yaralanıb. Öldürülənlərin 24 nəfəri əcnəbilər olub. 69 yaralıdan dördünün durumu ağırdır.

İstanbuldakı Rusiya konsulluğundan TASS informasiya agentliyinə deyiblər ki, ölənlərdən bir qadın rusiyalıdır, ilkin olaraq onu azərbaycanlı biliblər. Digər ölənlərin azı biri səudiyyəli, üçü iordaniyalı, üçü iraqlı, biri livanlıdır. Başqa millətlərdən olanlar da var.

Yanvarın 1-də gecəyarıdan bir saat keçmiş bir silahlı İstanbulun Ortaköy bölgəsində yerləşən «Reina» gecə klubunun girişindəki polisi öldürüb. O, daha sonra Yeni ili qeyd edən 500-700 nəfərə atəş açıb. Çoxlarının atəşdən qurtulmaqdan ötrü Bosfor boğazına tullandığı bildirilir.