Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova Rusiya rəhbərliyinin Moskvadakı Anqlo-Amerikan məktəblərini bağlaması barədə məlumatı təkzib edib.
CNN və digər Qərb KİV-ləri bundan əvvəl ABŞ-ın sanksiyalarına cavab olaraq, Moskvadakı bu cür məktəblərin bağlanması barədə məlumat yaymışdılar.
Zakharova özünün Feysbuk səhifəsində bu məlumatı yalan adlandırıb: “Ağ evin ağlı tamamilə gedib və öz uşaqlarına qarşı sanksiyalar düşünür”, deyə Zakharova bildirib.
Qeyd edək ki, ABŞ bundan əvvəl 35 Rusiya diplomatının 24 saat ərzində ölkədən çıxarılmasını göstəriş verib.
ABŞ-ın maliyyə nazirliyi elə həmin gün haker hücumuna görə, bir sıra Rusiya müəssisələri və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.