“Rusiya beynəlxalq internet şəbəkəsindən məhrum edilə bilər”.
Bunu RT kanalına Rusiya prezidentinin internet məsələləri üzrə müşaviri German Klimenko deyib.
Klimenko qeyd edib ki, ABŞ artıq Krımı Google və Microsoft xidmətlərindən məhrum edib.
“ Bizim ölkəmiz beynəlxalq internetdən təcrid vəziyyətə hazır olmalıdır və buna ehtimal çox böyükdür”, deyə Klimenko vurğulayıb.
Klimenko deyib ki, Rusiya bu cür senarilərdən qaçmaq üçün özünün internet seqmentini tənzimləməlidir, ölkədə elektron poçt, teleqraf, telefon və sosial şəbəkələrin işləməsi çox vacibdir.
Qeyd edək ki, ABŞ bundan əvvəl Rusiyanın bank sistemini SWIFT sistemindən çıxarmaqla da hədələmişdi.