Türkiyə ilə Rusiya Suriya münaqişəsi ilə bağlı barışıq planı hazırlayıblar

Sergei Lavrov və Mevlut Cavusoglu

Türkiyə ilə Rusiya Suriya münaqişəsi ilə bağlı hərtərəfli barışıq planı hazırlayıblar.

Plan münaqişə tərəflərinə təqdim ediləcək.

Bu barədə dekabrın 28-də Anadolu agentliyi məlumat yayıb.

Plan hazırda hökumət və müxalifət qüvvələri arasında döyüş gedən bütün əraziləri əhatə edir.

Dekabrın 29-u saat 00:00-dan başlayaraq tərəflərə atəşi dayandırmaq təklif olunacaq.

Əgər davamlı atəşkəs əldə olunsa, Suriyanın hökumət və müxalifət nümayəndələri Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaqlar.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov dekabrın 20-də Moskva, Ankara və Tehranın sülh razılaşmasına təminat verməyə hazır olduqlarını bəyan eləmişdi.