«Azərbaycan və İran arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 60 faiz artıb».
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 27-si Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasında deyib.
O bildirib ki, iki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir. Ölkədə 450-yə yaxın İran kapitallı şirkət fəaliyyət göstərir.
Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmoud Vaezi-nin həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Mahmoud Vaezi-nin rəhbərlik etdiyi nümayəndə heyətini dekabrın 27-si prezident İlham Əliyev də qəbul edib. Bu görüşdə də iki ölkə arasında ticarət, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa aid məsələlər nəzərdən keçirilib.