Dekabrın 27-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Yalnız şərq rayonlarında çiskinli yağıntı ehtimal edilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.