Balakən sakininin özünü yandırdığı deyilir

Foto illüstrasiya

Dekabrın 25-i Balakəndə 31 yaşlı kişinin intihara cəhd etdiyi bildirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, saat 18:00 radələrində, hələ ki, istintaqa məlum olmayan səbəbdən rayonun Hənifə kənd sakini, 31 yaşlı Kamil Dovşanov yaşadığı ünvanda üstünə benzin tökərək özünü yandırıb.

Yaxınlarının köməyi ilə xilas olunan K.Dovşanov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, K.Dovşanovun yanıq xəsarətləri ağır olduğundan, ona lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməkdən ötrü Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.