«Qara bazar»da ABŞ dollarının 1.94 manata qalxdığı bildirilir.
«Marja»nın xəbərinə görə, valyuta alverçiləri 1 dolları 1.92 manatdan alıb, 1.94 manatdan satırlar.
Xəbərdə qeyd edilir ki, dünən, dekabrın 22-də keçirilən hərracdan əvvəl «qara bazar»da dollar 1.93 manata satılırdı.
Xəbərdə o da bildirilir ki, hökumət «qara bazar»la mübarizəni gücləndirib. İndi qanunsuz valyuta ticarətçiləri əvvəlki kimi rahat fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən də dolların «qara bazar»da qiyməti qalxır.
Artıq «qara bazar»da dolların Mərkəzi Bankın rəsmi məzənnəsindən təxminən 10 faiz baha satıldığı qeyd edilir.
Mərkəzi Bankın məzənnəsinə görə, dekabrın 23-ü 1 dollar 1.7622 manata bərabərdir.
Ölkənin əksər banklarının xarici valyuta satışını dayandırdıqları, yalnız bir neçəsinin limitlə dollar satdığı deyilir.