Azərbaycan prezidenti İlham Əliyev dekabrın 22-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman-ı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Nigmatulin-i və Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Chynybai Tursunbekov-u qəbul edib.
Xəbəri President.az saytı yayıb.
Görüşün məzmunu barədə, hələ ki, hər hansı açıqlama verilmir.
Hər 3 ölkənin parlament rəhbəri dekabrın 21-də Azərbaycana gəlib.
Onların TÜRKPA-nın (Türk Dili Konuşan Ülkeler Parlamenter Asamblesi) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışında iştirak edəcəkləri bildirilir.
TÜRKPA 2008-ci il noyabrın 21-də İstanbulda təsis edilib.