Vergilər Nazirliyində departamentlər yaradıldı

Vergilər Nazirliyi

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb.

Nazirlikdən verilən xəbərə görə, Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi ilə Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilib. Onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Bundan başqa, vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun yerində Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti formalaşdırılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri də ləğv olunub. Onların əvəzində də Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.