Azərbaycan dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putin-ə başsağlığı məktubu göndərib.
Prezident yazır ki, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrei Karlov-un faciəli ölümü barədə xəbər onu dərindən sarsıdıb:
«Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm»,-deyə məktubda qeyd edilir.
Rusiyanın Türkiyədəki səfiri Andrei Karlov dekabrın 19-da aldığı güllə yaralarından ölüb.
Hadisə Ankarada, Müasir Sənətlər Mərkəzində rəsm sərgisinin açılışında baş verib.