Dekabrın 17-si gündüz Bakı və Abşeron yarımadasında yağıntı olmayacağı bildirilir. Axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Ölkənin bəzi bölgələrində də qar gözlənilir. Yağıntının şimal rayonlarında intensiv olmaq ehtimalı var. Gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta təxmin edilir. Yolların buz bağlayacağı bildirilir.