Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hochstein-i qəbul edib.
Bu barədə AZƏRTAC xəbər yayıb. Ancaq, hələlik, görüşün detalları açıqlanmır.
Amos Hochstein-in başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfər bu gün, dekabrın 15-də başlayıb. Səfərin gedişində enerji və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi güman edilir.