Zabrat gölündə suyun səviyyəsi qalxıb.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov xəbər verib.
Buna da bax: Çaylarda suyun səviyyəsi necədir?
O, APA-ya bildirib ki, suyun səviyyəsinin qalxması nəticəsində göl daşaraq Zabrat - Pirşağı avtomobil yolunun üzərinə qalxıb. Gölün suyu dəniz istiqamətində axmağa başlayıb.
Ə.Qaralov qeyd edib ki, gölün yaxınlığında yerləşən yaşayış evlərinin zirzəmilərinə də su dolub.
Buna da bax: Goranboyda kəndləri su basıb
“Ərazidəki su ötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. Atmosfer çöküntüləri, kanalizasiya suları, hamısı gölə axıdılır”, Ə.Qaralov bildirib.