Çovğun gözlənilir

Qar

Dekabrın 14-ü Bakı və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı bildirilir. Axşam yağıntının sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, temperatur təqribən 7-10 dərəcə aşağı düşəcək.

Dekabrın 14-də ölkənin bölgələrində də yağıntı gözlənilir. Xüsusilə şimal və qərb rayonlarına sulu qar, qar yağacağı bildirilir. Gün ərzində 3-8 dərəcə isti, dağlarda gecə - gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təxmin edilir. Yolların buz bağlayacağı bildirilir.