2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb.
Xəbəri Respublika Baş Dövlət Yol Polis İdarəsi yayıb.
Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi baş verib. Bunların nəticəsində 170 nəfər həlak olub, 640 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisələrinin 43 faizini (795) piyadaların vurulması təşkil edib. Bu zaman 283 piyada həlak olub, 591-i yaralanıb.
Ölkə üzrə qeydə alınan yol-nəqliyyat hadisəsində 49 nəfər uşaq və yeniyetmə həlak olub, 181 nəfər yaralanıb.