Bu gün, dekabrın 13-ü İsmayıllı rayonunda zəlzələ baş verib
Respublika Seysmoloji Xidmət Mərkəzi bildirilib ki, dekabrın 13-ü, saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
4.4 maqnitudalı, 8 km dərinlikdə baş verən zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Dağıntı və insan itkisi haqda məlumat verilmir.