«Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır».
APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, bu gün bazarda tələb təklifi üstələyir: «Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır».
Azərbaycanın Strateji Yol Xəritəsində 2017-ci ildən tam üzən məzənnə sisteminə keçiləcəyi bildirilir.