Evlənmək istəyən 10 min şəxsdə talassemiya

Foto illüstrasiya

Azərbaycanda bu ilin noyabrına kimi evlənmək istəyənlərdən 219 min 256 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin bildirməsinə görə, onlardan 9 min 892 nəfərdə talassemiya daşıyıcılığı, 828 nəfərdə sifilis, 147 nəfərdə isə QİÇS virusu aşkar olunub.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, 2015-ci il iyunun 1-dən Azərbaycanda ailə quran şəxslər tibbi müayinədən keçməlidirlər.