Qatar Bakıya yetişmədi

Qatar

Dekabrın 9-u saat 10:00-da Sumqayıt - Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarında problem yaranıb.

Xəbəri «Report» yayıb.

Xəbərdə qeyd edilir ki, qatarın hərəkəti Ceyranbatan qəsəbəsi yaxınlığında dayanıb. Maşinist elektrik qatarının texniki səbəbdən yolda qaldığını deyib.

Xəbərə görə, «Azərbaycan Dəmir Yolları» QSC-dən də bunu təsdiqləyiblər.

QSC-dən bildiriblər ki, elektrik kəsildiyindən qatar geri Sumqayıta qaytarılıb. Sərnişinlərin ödədikləri pullar da qaytarılıb.

Hazırda dəmiryol xəttində elektrikin bərpa edildiyi açıqlanıb.