Dollar 1.81 manatı keçib

Dollar

Kommersiya banklarında dolların 1.81 manatı keçdiyi bildirilir.

Fins.az xəbər verir ki, bu gün, dekabrın 9-da banklarda dolların alış və satış qiymətləri bahalaşıb.

Xəbərdə qeyd edilir ki, artıq banklar 1 ABŞ valyutasını 1.81 manatdan da baha satırlar. Alış qiyməti isə 1.80 civarında dəyişir.

Mərkəzi Bankın məzənnəsinə görə, dekabrın 9-u 1 dollar 1.7430 manata bərabərdir.