Gənc yazar Çinarə Ömrayın yeni kitabı "Məcnunxana" Qanun nəşriyyatından çıxıb. Kitabda yazıçının son illər yazdığı hekayələr toplanıb. Kitab öz adını da orda olan bir hekayədən alıb. Kitabın annotasiyasında içəriyi haqda belə deyilir:
"Onlar rəhmətə gedənin ayaqyalın necə gedəcəyini anlamır və üzülür: ayaqlarını daş əzəcək, tikan batacaq deyə; onların atası aliment olur; onlar ağcaqanadın ölməməsi üçün yol arayır; onlar kağız təyyarə ilə uçub gedir; onları əti-qanı olanlar öldürür, bir şeir dirildə bilir; 1 Sentyabr onların atalarının “Bilik günü” olur; onların anasından qalan tale cehizi ələmdi; onların qollarında siqaret söndürürlər; onların əvəzinə ağaclar qisas alır, divan qurur; onlar ölsə də, danışır, bətnində uşaq gəzdirir... Onlar bu gündən Azərbaycan ədəbiyyatına doğulurlar. Bu kitab onların dünyaya gəlməsi haqdadı. Və onların Yaradanı bu kitabın müəllifi Çinarə Ömraydı. Buyurun, tanış olun..."