25 ilə 64 min körpə ölümü

Doğum evi

Son 25 ildə Azərbaycanda 64 min 556 körpə ölümünün baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, statistika 1 yaşına qədər ölən körpələrlə bağlıdır, 1990-2015-ci illəri əhatə edir.

Körpələrin 31 min 484-ün şəhərdə, 33 min 72-si isə kənd yerlərində vəfat etdiyi qeyd edilir.

Xəbərdə vurğulanır ki, 1990-2015-ci illər ərzində ən çox körpə ölümü 1993-cü ildə baş verib – 4 min 989 nəfər.

Ən az körpə ölümü 2015-ci ildə olub – 1580 nəfər.

Ötən 25 ildə hər 1000 nəfər diri doğulmuş körpələrə düşən ölümlərin göstəricisinin xeyli aşağı düşdüyü deyilir.

Verilən xəbərlərə görə, 1990-cı ildə Azərbaycanda körpə ölümü hər 1000 diri doğulana 23 faiz təşkil edib. 2015-ci ildə bu rəqəm 11 faiz olub.

2015-ci ildə körpə ölümlərinin sayı isə əvvəlki illərlə müqayisədə artıb.

Körpə ölümlərinin səbəbləri açıqlanmır.