I.Karimov-un heykəli üçün beynəlxalq müsabiqə

Islam Karimov

Özbəkistanın keçmiş prezidenti Islam Karimov-un heykəlini hazırlamaqdan ötrü beynəlxalq müsabiqə elan edilib. Bu haqda ölkənin yeni seçilmiş prezidenti Shavkat Mirziyaev sərəncam imzalayıb.

Sərəncamda heykəlin ölkənin birinci prezidentinin xatirəsini qorumaq məqsədilə ucaldılacağı, müsabiqə xərclərinin dövlət hesabına ödənəcəyi deyilir. Müsabiqə haqda məlumatı yaymaqdan ötrü Xarici İşlər Nazirliyinə 20 gün vaxt verilib, müsabiqədə iştirak edəcək əcnəbilərin Özbəkistana gəlişi asanlaşdırılacaq.

I.Karimov bu ilin sentyabrında, 78 yaşında vəfat edib. O, Özbəkistana 1989-cu ildən başçılıq edirdi.