Havanın soyuması, qar gözlənilir

Qar

Dekabrın 8-i Bakı və Abşeron yarımadasında yağış, sulu qar gözlənilir. Yağıntının bəzi yerlərdə qara keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda 0-2 dərəcə isti olacaq. Üstəlik, Bakıda güclü külək əsəcəyi bildirilir.

Azərbaycanın rayonlarında da, yağış, qar gözlənilir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.