Suriya ordusu Hələbi tutdu

Sizin brauzer HTML5-i dəstəkləmir

Hələbi bu günə salıblar

Suriya fəalları ordunun Hələb şəhərini tamamilə ələ keçirdiyini elan edib.

Britaniyada yerləşən «Suriyanı müşahidə şurası» gecə son qiyamçıların şəhərdən çıxarıldığını, nəzarətin hökumət qüvvələrinə keçdiyini xəbər verib.

Dünən—dekabrın 6-da Rusiyanın xarici işlər naziri Sergei Lavrov şəhərdən çıxmaq istəməyən qiyamçıların məhv ediləcəyini söyləmişdi. Dekabrın 7-də isə Rusiyanın Müdafiə Nazirliyi hərbi müşavir, polkovnik Ruslan Galitsky-nin Hələbdə həlak olması xəbərini yayıb.

Suriyanın ən böyük şəhərlərindən olan Hələbin çökməsi Assad rejiminin qələbəsi deməkdir. Bu, 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində Suriya hökumət qüvvələrinin ən böyük uğuru sayıla bilər.