İndoneziyada zəlzələdə 25 nəfər ölüb

İndoneziyada zəlzələ - 2012

İndoneziyada güclü zəlzələ olub. Sualtı zəlzələ nəticəsində Sumatra adasında azı 25 nəfər ölüb, yüzlərlə yaralı var, xeyli bina dağılıb. Rəsmilər evlərin, məscid və mağazaların yerlə-yeksan olduğunu deyirlər.

Adaya xilasetmə dəstələri göndərilib.

Əhalinin yaşadığı bölgə zəlzələnin episentrindən 18 km aralıda yerləşir.
Birləşmiş Ştatların Geologiya Komitəsindən verilən məlumata görə, suyun altında, 17 km dərinlikdə qeydə alınan zəlzələnin gücü 6.4 bal olub. Sunami təhlükəsi yoxdur.